Xəbər lenti
Biləsuvarda ağır qəza: Əsgər ziyarətinə gedən ailənin iki üzvü öldü
Biləsuvar rayonunda iki nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Qəza nəticəsində ölənlər yeznə və qayınana olublar.Belə ki, əslən Naxçıvan Muxtar Respublikasından olan və Bakı şəhərində yaşayan, 1986-cı il təvəllüdlü Tacəddin Yusifov idarə etdiyi "Toyota" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq kanala aşıb.
Hadisə zamanı sürücü Tacəddin Yusifov və 1966-cı il təvəllüdlü sərnişin Tovuz Axundova hadisə yerində həyatlarını itiriblər. Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunublar.
Avtomobildə olan digər üç nəfər - Kənan Yusifov, Aynur Yusifova və Yusif Yusifov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
İlkin tibbi yardım göstərildikdən sonra xəsarət alanlar ixtisaslı tibbi yardımın davam etdirilməsi üçün Kliniki Tibbi Mərkəzə təxliyə olunublar.
Bildirilir ki, ailə Beyləqan rayonuna əsgər ziyarətinə gedirmiş. Faktla bağlı araşdırma aparılır. oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























