Sizin Reklam Burada
Xəbər lenti
15-10-2026
14-10-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda parkda Mərakeş vətəndaşını öldürməkdə təqsirləndirilən gənc: "Etmədiyim cinayəti öz üzərimə götürmüşəm"

Tarix: 15-10-2026 22:30     Baxış: 342 A- / A+
Bakıda Mərakeş vətəndaşını qətlə yetirməkdə təqsirləndirilən Hüseyn Məmmədov və Nihad Rəsulzadənin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən Nihad Rəsulzadə sərbəst ifadə verib.

O, ifadəsində cinayətdə iştirak etmədiyini və hadisə barədə sonradan məlumat aldığını bildirib:
"Noyabr ayında Bakıya gəldim, Hüseynlə görüşdüm. "Tarqovu" deyilən yerə getdik. Mən hər hansı cinayət törətməmişəm. Hüseyn tutulduğuna görə etmədiyim cinayəti öz üzərimə götürmüşəm. Mən həmin şəxsin öldüyünü ümumiyyətlə sonradan bilmişəm. Yenə də deyirəm, heç kimi vurmamışam, heç bir hadisədə iştirak etməmişəm".

Növbəti məhkəmə prosesi noyabrın 26-na təyin edilib.

Xatırladaq ki, hadisə 2025-ci il noyabrın 27-də Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən "Sahil bağı" parkında baş verib.

İttihama görə, Hüseyn Məmmədov tanışı Nihad Rəsulzadə ilə birlikdə parkda gəzən Mərakeş Krallığının vətəndaşları Tiflaoui İmad və Saber Elhoumani Ben İbrahimə yaxınlaşaraq, siqaretlərinin olub-olmadığını soruşub. Saber Elhoumani Ben İbrahim siqaretinin olmadığını bildirib.

Hüseyn Məmmədov bunu siqaret verməmək üçün bəhanə kimi qəbul edərək mübahisə yaradıb. Daha sonra o, üzərində olan ov bıçağı ilə Tiflaoui İmadın sinəsindən zərbə endirib. Hadisə yerindən uzaqlaşmağa çalışan Tiflaoui İmad bir qədər getdikdən sonra aldığı xəsarətin ağırlığından yerə yıxılıb. Onun ardınca gələn Hüseyn Məmmədov Tiflaoui İmadın bel nahiyəsinə güclü bıçaq zərbəsi vurub. Tiflaoui İmadın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanıb. Hüseyn Məmmədov və Nihad Rəsulzadə Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən adam öldürmə), 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 228.5-ci (qanunsuz olaraq qaz silahını və ya soyuq silahı əldə etmə, satma və ya gəzdirmə), 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə, zərərçəkmiş şəxsə zor tətbiq olunması və ya özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmə) maddələri ilə məsuliyyətə cəlb ediliblər. Onların barəsində həbs qətimkan tədbiri seçilib. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar