Sizin Reklam Burada
Xəbər lenti
06-11-2026
05-11-2026
BÜTÜN XƏBƏRLƏR

XİN Qara dənizdə dron hücumuna məruz qalan gəmidəki azərbaycanlılarla bağlı məlumat yaydı

Tarix: 13-10-2026 17:04     Baxış: 4115 A- / A+


Azərbaycan Xarici İşlər Nazirliyi Qara dənizdə dron hücumuna məruz qalan iki gəmidəki Azərbaycan vətəndaşlarının taleyinə aydınlıq gətirib.
Manevr.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə medianın suallarına cavabında məlumat verib.
Onun sözlərinə görə, 13 oktyabr tarixində gecə saat 1:30 radələrində Bolqarıstan Respublikasının Byala şəhərindən 18 dəniz mili şərqdə, Qara dəniz akvatoriyasında "CHELSEA-3" adlı yük gəmisi dron hücumuna məruz qalıb:
"Aldığımız məlumata əsasən, 15 nəfərdən ibarət gəmi heyətində olan 8 vətəndaşımızın hamısı xilas edilib, onlardan 1 nəfər, 1993-cü il təvəllüdlü Ramin Rauf oğlu Qəmbərli hazırda Varna şəhərindəki hərbi hospitala yerləşdirilib və onun səhhəti nəzarətdə saxlanılır. Digər 7 Azərbaycan vətəndaşı ilkin tibbi müayinədən keçib, onların vəziyyəti qənaətbəxşdir.
Məsələ ilə bağlı Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizin diplomatik nümayəndəlikləri və aidiyyəti ölkələrin səlahiyyətli qurumları ilə birgə koordinasiya işləri aparılır. Vətəndaşlarımıza zəruri tibbi və konsulluq dəstəyinin göstərilməsi, eləcə də onların ölkəyə təhlükəsiz qayıdışının təşkili istiqamətində zəruri tədbirlər görülür".
O, həmçinin Azərbaycan vətəndaşlarını hərbi əməliyyatların davam etdiyi və təhlükəsizlik şəraitinin qeyri-sabit olduğu ərazilərə səfərlərdən çəkinməyə çağırıb. Xüsusilə Qara və Azov dənizlərində, eləcə də riskli marşrutlarla hərəkət edən nəqliyyat vasitələrində əmək fəaliyyəti zamanı təhlükəsizlik məsələlərinə diqqət yetirilməsinin vacibliyini vurğulayıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar