Sizin Reklam Burada
Xəbər lenti
10-10-2026
09-10-2026
BÜTÜN XƏBƏRLƏR

Rusiyada PUA hücumundan sonra “Yandex”in 80-dən çox xidməti dayanıb

Tarix: 11-10-2026 09:45     Baxış: 334 A- / A+


Rusiyada PUA hücumundan sonra “Yandex”in 80-dən çox xidməti dayanıbRusiyanın Vladimir şəhərində “Yandex” şirkətinə məxsus məlumat mərkəzi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
Manevr.az UNIAN-a istinadən xəbər verir ki, hücum nəticəsində mərkəzdə yanğın baş verib və onun fəaliyyəti tam dayandırılıb. “Astra” nəşrinin məlumatına görə, oktyabrın 11-nə keçən gecə şəhər sakinləri PUA hücumu barədə məlumat yayıblar. Saat 04:00 radələrində “Yandex” şirkəti elektrik təchizatında problem yarandığını və xidmətlərində genişmiqyaslı nasazlıq baş verdiyini açıqlayıb.
Şirkətin məlumatına görə, hadisə nəticəsində 80-dən çox xidmətin fəaliyyəti dayanıb. Bunların arasında “Yandex Music”, “Yandex Home”, “Telemost” və “Yandex Cloud” xidmətləri də var.
Rusiyanın müxtəlif bölgələrində istifadəçilər tətbiqlərin işləməməsindən şikayət ediblər. Rostovda “Yandex Taxi” xidmətində də problemlər yaranıb.
Qeyd edək ki, son günlər Rusiyada “Yandex” şirkətinin digər məlumat mərkəzləri də PUA hücumlarına məruz qalıb. Oktyabrın 9-da Kaluqada yerləşən mərkəzin infrastrukturu zədələnib. Bundan əvvəl isə Ryazan vilayətinin Sasovo şəhərindəki məlumat mərkəzinin fəaliyyəti dayandırılıb.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar