Sizin Reklam Burada
Xəbər lenti
10-10-2026
09-10-2026
BÜTÜN XƏBƏRLƏR

Salyanda qatar avtomobillə toqquşdu

Tarix: 10-10-2026 16:48     Baxış: 339 A- / A+
Salyanda qatar avtomobillə toqquşdu
Salyanda qatar avtomobillə toqquşub.

Manevr.az xəbər verir ki, hadisə oktyabrın 10-da dəmir yolunun rayon ərazisindən keçən hissəsində, Arbatan keçidində qeydə alınıb.
Belə ki, qatar "Mercedes" markalı minik avtomobili ilə toqquşub.
Avtomobilin sürücüsü maşından yerə atılaraq xəsarət almaqdan xilas olub.
Faktla bağlı araşdırma aparılır.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən verilən məlumata görə, səhər saatlarında "Mersedes" markalı minik avtomobilinin sürücüsünün dəmiryol keçidi ilə bağlı qaydaları pozması nəticəsində idarə etdiyi avtomobil Salyan-Salmanlı sahəsində hərəkətdə olan lokomotivin qarşısına çıxıb.
"Maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qeydə alınıb. Hadisə nəticəsində lokomotivə zərər dəyib.
ADY bir daha hərəkət iştirakçılarını dəmiryol keçidlərinə yaxınlaşarkən son dərəcə diqqətli olmağa, yolun qatardan boş olduğuna əmin olduqdan sonra hərəkəti davam etdirməyə, yol hərəkəti qaydalarına, o cümlədən yol nişanlarının tələblərinə ciddi əməl etməyə çağırır. Nəzərə almaq lazımdır ki, yol həmişə qatarındır", - deyə qurumdan bildirilib.trend



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar