Sizin Reklam Burada
Xəbər lenti
31-10-2026
30-10-2026
BÜTÜN XƏBƏRLƏR

Paltarını yumadığı üçün arvadını baltaladı

Tarix: 09-10-2026 23:08     Baxış: 397 A- / A+
Ağdamın Mahrızlı kəndində həyat yoldaşı Gülzəndə Salahovaya balta ilə xəsarətlər yetirən 1977-ci il təvəllüdlü Ceyhun Salahovun məhkəmə prosesi başa çatıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmünə əsasən, Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən C.Salahov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Məlum olub ki, tərəflərin mübahisəsi paltar yumaq üstündə yaranıb. Ceyhun Gülzəndəyə onun paltarını yumasını, qadın ərinə işə gecikdiyini deyib. Bu zaman ər arvadını öldürmək qərarına gəlib.

Balta ilə qadına çoxsaylı xəsarətlər yetirən Ceyhun, arvadının öldüyünü düşünərək evdən qaçıb. Az sonra evə daxil olan Ceyhunun oğlu anasını xəstəxanaya çatdırıb, qadının həyatını xilas etmək mümkün olub.

Maraqlıdır ki, Ceyhun arvadının öldüyünü düşünərək polisə gedib və arvadının balta ilə öldürüldüyünü deyib.

Məhkəmədə Gülzəndə Salahova əri ilə barışdığını, ondan şikayətçi olmadığını deyib.

Qeyd edək ki, Ceyhun Salahov daha öncə də məhkumluq həyatı yaşayıb. xitab24.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar