Xəbər lenti
Beyləqanda məktəblilər dərsdə yemək bişirib ZƏHƏRLƏNDİLƏR
Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb. AQTA-dan bildirilib ki, ilkin araşdırmaya əsasən, hadisə şagirdlərin “Texnologiya” dərsi zamanı özləri hazırladıqları qidanı istehlak etdikdən sonra baş verib. Şagirdlərə müvafiq tibb müəssisəsində yardım göstərilir.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Beyləqan rayonunda zəhərlənmə şübhəsi ilə 14 nəfər (7 qadın cinsli, 7 kişi cinsli) 9 oktyabr tarixində saat 12:00 radələrində Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə lent.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
"Onlara ilkin tibbi xidmət göstərilib. Hazırda müaliələri tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir", məlumatda deyilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























