Sizin Reklam Burada
Xəbər lenti
20-11-2026
19-11-2026
BÜTÜN XƏBƏRLƏR

"Nənələr"in üzvünün oğlu Ukrayna müharibəsində öldürüldü

Tarix: 07-10-2026 14:57     Baxış: 3102 A- / A+
 
Rusiya-Ukrayna müharibəsində həkim kimi iştirak edən lənkəranlı kişi dron hücumu zamanı öldürülüb.
Manevr.az bildirir ki,  hərbi həkim 58 yaşlı Vahab Ramazan oğlu Quliyev bir neçə gün əvvəl Kupyansk istiqamətində gedən döyüşlər zamanı dron hücumu zamanı həlak olub.
Onun meyitinin Azərbaycana gətirilib, doğulduğu kənddə dəfn olunması üçün tədbirlər görülür.
Qeyd edək ki, rayonun Separadi kəndindən olan 58 yaşlı Vahab Ramazan oğlu Quliyev müharibə başlayandan bir il sonra, Ukrayna tərəfindən ixtisası üzrə fəaliyyət göstərmək üçün hərbi xidmətə çağırılıb.
Həmin müharibədə indiyədək iki dəfə yaralanıb. Bu xəsarətlərə görə müalicə olunub və yenidən döyüşlərə qatılıb.
Vahab Quliyev 1986-cı ildə Ukraynada Tibb İnstitutunun Əczaçılıq fakültəsinə daxil olub. 1993-1994-cü illərdə dissertasiya yazıb, Moskvada müdafiə edərək Tibb Elmləri namizədi adını alıb.
Onu da bildirək ki, Vahab Quliyev, məşhur "Nənələr" folklor qrupunun üzvü Xanımbacı Quliyevanın oğludur. O, 30 ilədən çox idi ki, Ukraynada yaşayırdı.apa


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar