Sizin Reklam Burada
Xəbər lenti
07-10-2026
06-10-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda repetitorluq edən müəllim həbs olundu

Tarix: 07-10-2026 10:10     Baxış: 331 A- / A+
Azərbaycanda repetitorluq edən müəllim həbs olunduMingəçevirdə repetitorluqla məşğul olan qadın müəllim dələduzluğa görə həbs edilib.
Manevr.az oxu.az-a istinadən xəbər verir ki, Mingəçevir şəhərində fizika müəllimi işləyən Sevinc Məmmədova (soyad şərtidir - red.) şagirdi Raul Ələkbərlini fizika fənnindən universitetə hazırlaşdırıb. O, Raulun anası Kəmalə Ələkbərovanın imkanlı biri olduğunu bilib və onun pullarını ələ keçirmək qərarı verib. Qadın müəllim bu məqsədlə Kəmalə Ələkbərli ilə danışaraq, guya qardaşının qızıl alverinə şərik axtarmasını deyib. O bildirib ki, qardaşı Azərlə qızıl alveri edərsə, yaxşı pul qazanacaq. O, bu məqsədlə Kəmalədən 20 min və 45 min manat olmaqla ümumilikdə 65 min manat alıb. Hadisədən xeyli vaxt keçsə də, Sevinc nə pulu qaytarıb, nə də Kəmaləni qızıl alverinə cəlb edib.
Zərərçəkmiş məsələ ilə bağlı polisə müraciət edib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə qadın müəllim saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.
Məhkəmənin hökmü ilə Sevinc Məmmədova 5 il azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar