Sizin Reklam Burada
Xəbər lenti
06-10-2026
BÜTÜN XƏBƏRLƏR

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

Tarix: 07-10-2026 09:00     Baxış: 327 A- / A+
Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib.

Hadisə Tokantins ştatının Almas şəhərində baş verib.

Ana Beatris Arauj Ferrera anasının bağçasında ailəsi ilə nahar etdikdən sonra qardaşı qızının saçını darayarkən ildırım çaxıb. Ağır xəsarət alan gənc qadın xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Ailəsinin sözlərinə görə, hadisə baş verən vaxt hava buludlu olsa da, güclü yağış yağmayıb.

Gənc qadının ölümü ilə bağlı araşdırma davam edir.

Ana Beatris Arauj Ferrera ölümündən bir neçə gün əvvəl Almasda keçirilən "ExpoAlmas” sərgisi çərçivəsində təşkil olunan tədbirdə "Rodeo Kraliçası” tacına layiq görülüb.

Fizioterapiya üzrə təhsil alan və universitetdə ilk semestrdə oxuyan Ana Beatris Arauj Ferrera 5 yaşlı oğlan uşağının anası olub. qafqazinfo

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar