Xəbər lenti
Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər

Qazax rayonunda məktəbli həmkəndlisini bıçaqlayıb. Hadisə rayonun Yuxarı Salahlı kəndində baş verib.
Məlumata görə, toyda olan 11-ci sinif şagirdi Sabir Vəliyevlə 20 yaşlı Hümbət Omarov arasında mübahisə düşüb.
Daha sonra yeniyetmə həmkəndlisini bıçaqlayıb. Xəsarət alan şəxsin qohumu Bilal Omarov hadisənin toyda başlayan mübahisədən sonra baş verdiyini bildirib:
"Söhbət toyda başlayıb. Bizim kəndin üstündən kanal keçir. Onu kanalın üstünə aparıb, orada bıçaqla vurub. Atası yoxdur, tək anası var".
Digər qohum Sarı Omarov isə hadisədən əvvəl tərəflərin toyda spirtli içki qəbul etdiyini deyib:
"Qonşuda toyda olublar. İçiriblər".
Məlumata görə, Hümbət Omarov bir neçə ay əvvəl hərbi xidmətdən tərxis olunub. Faktla bağlı araşdırma aparılır. modern.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























