Xəbər lenti
Ermənistanda tutulan hərbçimiz istintaqa ifadə verdi
Manevr.az xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim “Mülki müqavilə” fraksiyasının deputatı Armen Xaçatryan yerli KİV-ə müsahibəsində deyib.
Armen Xaçatryan azərbaycanlı hərbçinin dəyişdirilməsi imkanını bu mərhələdə real hesab etmədiyini vurğulayıb.
Onun sözlərinə görə, əvvəlcə istintaq başa çatmalı və Nəsimi Musayevin əməllərinə hüquqi qiymət verilməlidir, bundan sonra məsələ dövlətlərarası münasibətlər çərçivəsində müzakirə oluna bilər.
Erməni deputat bildirib ki, azərbaycanlı əsgər artıq ilkin ifadə də verib:
“O, ilkin ifadə verib, amma xəbərdar olduğum qədər indi müalicə olunur, yaralanıb və əminəm ki, hələ daha ətraflı ifadələr də verəcək” – deyə deputat qeyd edib.
Qeyd edək ki, Ermənistan sərhədini naməlum şəraitdə keçdikdən sonra Sünik vilayətinin Sisian rayonundakı Şəki kəndində tutulan Nəsimi Musayev barəsində 2 ay müddətinə həbsqətimkan seçilib.
Onu Şəki kəndinin qadın sakini bıçaqla yaralayıb.
Nəsimi Musayev bu gün Sisian xəstəxanasından İrəvandakı tibb mərkəzlərindən birinə köçürülüb.
Ermənistan ərazisinə keçən Azərbaycan əsgəri oktyabrın 1-də Ermənistan təhlükəsizlik orqanları tərəfindən saxlanılıb.modern.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































