Xəbər lenti
Zəngilanda dəhşət: Fəhlələri daşıyan mikroavtobus qaynaqçını vuraraq öldürdü
Zəngilan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.Hadisə rayon ərazisində fəaliyyət göstərən "Körpü Bina Tikinti" şirkətinin Horadiz-Ağbənd dəmir yolunun 77-ci kilometrliyindəki tikinti sahəsində baş verib.
Şirkətdə sürücü işləyən Vasif Məmmədov (soyad şərtidir - red.) idarə etdiyi "Hyundai" markalı mikroavtobusla əraziyə fəhlələri gətirib, onları düşürdükdən sonra geri qayıtmaq istəyib. O, avtomobili arxaya hərəkət etdirərkən ehtiyatsızlıq edib.
Nəticədə mikroavtobus ərazidə qaynaqçı işləyən şirkət əməkdaşı Rəfayət Rəhimovun üzərindən keçib. R.Rəhimov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən V.Məmmədov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmədə zərərçəkmiş şəxsin ailə üzvləri sürücüdən şikayətçi olmadıqlarını bildiriblər.
Məhkəmənin hökmü ilə V.Məmmədov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək onun cəzasını şərti hesab edib. oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























