Sizin Reklam Burada
Xəbər lenti
03-10-2026
02-10-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda kişi diş həkimi üstündə arvadını bıçaqladı

Tarix: 03-10-2026 23:23     Baxış: 327 A- / A+
Bakıda kişi arvadını ayağından bıçaqlayıb.

Hadisə Xətai rayonu, Lütfizadə küçəsində qeydə alınıb.

32 yaşlı Tahir Quliyev (şərti adla) aralarında yaranmış mübahisə zamanı əlindəki bıçaqla arvadının ayaq pəncəsinə xəsarət yetirib.
Fakt əsasında Tahir polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs mübahisəyə səbəb diş həkimi tapılmasıdır. Belə ki, arvadı Gülxanım (şərti adla) hər ikisinin dişlərinin düzəlməsi üçün 800 manata həkim tapdığını deyib. Tahir isə buna etiraz edib və 600 manata həkim olduğunu bildirib. Lakin Gülxanım ərinə deyib ki, onun işinə qarışmasın. Qadının bu cür danışığı Tahirin xoşuna gəlməyib və o, sillə ilə Gülxanımın üzünə zərbə vurub. Bundan sonra arvadı onu söyüb və o, mətbəxə keçərək bıçaq gətirib. Mübahisə zamanı Tahir həmin bıçağı arvadının sağ ayağına vurub.  Onun sözlərinə görə, Gülxanıma ilk tibbi yardımı özü göstərib.

Zərərçəkən qadın isə 9 ildir qeyri-rəsmi evli olduqlarını və bu evlilikdən 2 uşaqlarının olmasını bildirib. Onun sözlərinə görə, Tahir daim ona işgəncə və psixi iztirab verib. Qadın evə yeganə qazanc gətirən şəxsin özü olduğunu, Tahirin isə həmin pulları qumara sərf etdiyini deyib. O, həmçinin Tahirin Yeni il gecəsi evdən pul oğurladığını və buna görə polis vasitəsilə onun mənzildən uzaqlaşdırıldığını da bildirib. Lakin sonra yenidən ondan pul tələb edib, verməyəndə isə bıçaqla hədələyib.

Gülxanım Tahirlə barışdığını və ona dəyən ziyanın ödənildiyini bildirərək, cinayət işinə xitam verilməsini istəyib.

Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və Tahir Quliyev məsuliyyətdən azad olunub. lent.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar