Sizin Reklam Burada
Xəbər lenti
03-10-2026
02-10-2026
BÜTÜN XƏBƏRLƏR

"Meyvəli" bazarında DAVA: fəhləni döydü, cinayət işi açıldı

Tarix: 03-10-2026 22:08     Baxış: 331 A- / A+
Bakıda bazarda fəhlələr arasında dava olub.

Hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Meyvəli” bazarında qeydə alınıb.

Məlumata görə, burada fəhlə işləyən 38 yaşlı Nicat Qafarov (şərti adla) anbarların arxasında yükləri boşaldan sərxoş halda iş yoldaşı ilə mübahisə edib. Bu zaman o, iş yoldaşının sifət və üz nahiyəsinə yumruq ilə zərbələr vuraraq, ona bir sıra xəsarətlər yetirib.

Fakt əsasında Nicat polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi başlanıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, hadisə zarafat üstündə baş verib. Belə ki, hər ikisi sərxoş halda bir-biri ilə nalayiq zarafat ediblər. Sonrada bu zarafat onun sözlərinə görə, qarşılıqlı zorakılığa çevrilib. Nəticədə o, məlum cinayəti törədib. Nicat bildirib ki, təxminən 1 il yarım əvvəl eyni qaydada, zarafat üstündə dalaşıblar. Lakin barışdıqları üçün cinayət işinə xitam verilib. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və zərərçəkmiş şəxslə barışdığını bildirib.

Zərərçəkmiş şəxs də ifadəsində bildirib ki, Nicatla “Meyvəli” bazarında fəhlə işləyirlər. Hadisə zamanı hər ikisi içkili olub. Təqsirləndirilən şəxs mübahisə zamanı onun baş və bədən nahiyələrinə zərbə vuraraq xəsarət yetirib. Hadisədən sonra ayıq vəziyyətdə tərəflər barışıblar.

Məhkəmənin qərarı ilə N. Qafarov 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. konkret.az  

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar