Sizin Reklam Burada
Xəbər lenti
02-10-2026
01-10-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda məşhur hospitalda əməliyyatdan sonra ölüm

Tarix: 02-10-2026 22:43     Baxış: 330 A- / A+
Bir neçə gün əvvəl Bakının Yasamal rayonunda yerləşən "Olimp Hospital"da əməliyyat olunan Şəmkir sakini qəfil vəfat edib.

 Şəmkir rayonunun Dəllər qəsəbəsində yaşayan, 1982-ci il təvəllüdlü Eynur Səfərov özəl klinikada əməliyyat olunub.

Xəstəxanadan onun səhhətinin normallaşdığı bildirilərək evə buraxıldığı qeyd edilib. Şəmkirə qayıdan 44 yaşlı kişi orada özünü pis hiss edib və yaxınları tərəfindən Şəmkir Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Lakin o, qısa müddət sonra vəfat edib.

Məsələ ilə bağlı "Olimp Hospital"ın mövqeyini öyrənmək üçün klinikaya sorğu ünvanlansa da, cavab verilməyib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə sorğuya cavab olaraq bildirilib ki, 1982-ci il təvəllüdlü şəxs (kişi) sentyabrın 29-da saat 22:40-da Şəmkir RMX-nin Təcili tibbi yardım şöbəsinə ağır vəziyyətdə hospitalizasiya olunub.

Bildirilib ki, ona dəqiqləşdirilməmiş mədə-bağırsaq qanaxması diaqnozu təyin edilib, zəruri tibbi xidmətlər göstərilib.

Pasiyent aparılan reanimasiya tədbirlərinə cavab verməyib və sentyabrın 30-da saat 07:45-də bioloji ölüm faktı qeydə alınıb. iqtisadiyyat.az 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar