Sizin Reklam Burada
Xəbər lenti
01-10-2026
30-09-2026
BÜTÜN XƏBƏRLƏR

Döyülən müəllim danışdı

Tarix: 01-10-2026 22:36     Baxış: 340 A- / A+
Xəbər verdiyimiz kimi, Ağstafada məktəbdə müəllimlər arasında dərs bölgüsü üstündə dava düşüb. Hadisə Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə baş verib. İbtidai sinif müəllimi P. Məmmədova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Zərərçəkən müəllim jurnalistlərə bildirib ki, hadisə tədris hissə müdirinin otağında baş verib:

“Orada mənə basqın etdi. Telefonumun qırıqları göz qabağındadır. Telefonumu başımda qırmaq istədi, mən də əlimi başımın üstünə tutdum. Çünki həmin telefonda Əhmədova Sevinclə bağlı səs yazısı var idi. Telefonumu qırdı, mənə hücum etdi və döydü. Başımda yara, əlimdə çat var”.

Müəllim həmçinin bildirib ki, hadisədən sonra müəllimlərə Təhsil Şöbəsinə müraciət etmələri və onun işdən azad olunması ilə bağlı tapşırıq verilib.
O, Elm və Təhsil Nazirliyinə müraciət edərək məsələnin araşdırılmasını istəyib.

Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib ki, məktəb rəhbərliyi və hüquq-mühafizə orqanları tərəfindən mövcud qaydalar çərçivəsində lazımi tədbirlər görülür. Səsləndirilən bütün iddialarla bağlı araşdırma aparılır və nəticələrə uyğun olaraq müvafiq tədbirlər görüləcək.

Qeyd edək ki, DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, müraciətlərlə bağlı Ağstafa Rayon Polis Şöbəsində müvafiq ekspertiza təyin edilməklə araşdırma aparılır. bakupost.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar