Manevr.az oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisindəki mənzillərdən birində baş verib.
1968-ci il təvəllüdlü Mahir Əsədov (ad və soyad şərtidir) içkili vəziyyətdə evə gəlib. O, evdə həyat yoldaşı ilə mübahisə edib. Mübahisə davaya çevrilib, nəticədə kişi həyat yoldaşına yumruq zərbələri endirməyə başlayıb. Bu an ailənin yeniyetmə qızı valideynlərini ayırmağa çalışsa da, mümkün olmayıb.
Əsəbiləşən qız mətbəxə keçərək orada kimyəvi maddə olan "Domestos" məhlulu içərək özünü zəhərləyib. Hadisədən xəbər tutan ana dərhal təcili tibbi yardım briqadasının köməyi ilə qızını xəstəxanaya çatdırıb. Həkimlərin səyi nəticəsində yeniyetmə qızı həyata qaytarmaq mümkün olub.
Hadisə yerinə polis əməkdaşları gəlib və Mahir Əsədov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə M.Əsədova bir il azadlığın məhdudlaşdırılması cəzası verilib.
Xəbər lenti
Valideynlərinin davasını görən yeniyetmə qız “Domestos” içdi - ŞOK hadisə

Bakıda valideynlərinin dalaşdığını görən yeniyetmə qız kimyəvi maddə içib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























