Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Gənc tələbə burun əməliyyatı zamanı vəfat edib -Şəkil

Tarix: 22-09-2026 22:12     Baxış: 334 A- / A+
Gənc tələbə burun əməliyyatı zamanı vəfat edib-
Bakıda gənc tələbənin estetik burun əməliyyatı (rinoplastika) zamanı vəfat etdiyi bildirilir. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Məlumata görə, Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Kompüter elmləri” ixtisası üzrə 3-cü kurs tələbəsi Fidan Abbaslı estetik burun əməliyyatı (rinoplastika) zamanı dünyasını dəyişib.

Gənc tələbənin cərrahi müdaxilə zamanı qəfil vəfat etməsi onun yaxınlarını və təhsil aldığı universitetin kollektivini sarsıdıb.

Məlumata əsasən, Fidan Abbaslı yüksək göstəriciləri ilə seçilən tələbələrdən biri olub. O, 2024-cü ildə Bakı Türk Liseyini məzun olaraq başa vurub və yüksək nəticə ilə universitetə qəbul edilib.

Faciəvi şəkildə vəfat edən tələbənin atası Kamil Abbasovun da uzun illər həmin liseydə kimya müəllimi kimi fəaliyyət göstərdiyi bildirilir.

Hazırda hadisənin dəqiq səbəbləri, eləcə də əməliyyatın hansı klinikada və hansı həkim tərəfindən həyata keçirilməsi ilə bağlı rəsmi açıqlama verilməyib.

Faktla bağlı araşdırmaların aparıldığı qeyd olunur.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar