Sizin Reklam Burada
Xəbər lenti
19-09-2026
18-09-2026
BÜTÜN XƏBƏRLƏR

Moskvaya kütləvi PUA hücumu olub, 2 nəfər ölüb

Tarix: 20-09-2026 10:18     Baxış: 336 A- / A+


Moskvaya kütləvi PUA hücumu olub, 2 nəfər ölüb
Sentyabrın 20-nə keçən gecə Moskva və Moskva vilayəti kütləvi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
Manevr.az-ın xəbərinə görə, Moskva meri Sergey Sobyanin bildirib ki, hava hücumundan müdafiə qüvvələri Ukrayna Ordusunun Moskvaya ən kütləvi PUA hücumunu dəf edib, dünəndən etibarən bütün istiqamətlərdə 1,6 mindən çox PUA zərərsizləşdirilib.
Moskva vilayətində PUA hücumu nəticəsində iki nəfər - Orexovo-Zuyevoda yaşlı kişi və Sofyinoda bir qadın ölüb. Daha beş nəfər xəsarət alıb, onların arasında iki uşaq da var. Uşaqlar xəstəxanaya yerləşdirilib və onlara bütün zəruri tibbi yardım göstərilir. Həmçinin Leninski şəhər dairəsində bir nəfərin xəsarət aldığı məlum olub.
Moskvada Moskva Neft Emalı Zavodunun ərazisində bir obyektə ziyan dəyib. İlkin məlumatlara görə, xəsarət alan olmayıb.
Ramenskoyedə PUA-nın düşməsi nəticəsində 21 mərtəbəli binanın dam örtüyü yanıb, 400 nəfər, o cümlədən 70 uşaq təxliyə edilib. 20 avtomobilə ziyan dəyib. Dairə rəhbəri Eduard Malışev həmçinin ticarət mərkəzinə PUA düşdüyünü bildirib.
Sofyinoda hücum nəticəsində anbar kompleksinin ərazisində yanğın baş verib. Yanğının söndürülməsinə səkkiz yanğınsöndürmə briqadası cəlb olunub.
İstrada yaşayış binasına və müəssisə binasına ziyan dəyib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar