Sizin Reklam Burada
Xəbər lenti
19-09-2026
18-09-2026
BÜTÜN XƏBƏRLƏR

Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü

Tarix: 19-09-2026 22:38     Baxış: 330 A- / A+
Türkiyədə kişi arvadını öldürüb.
 
Hadisə Diyarbəkirin Sur rayonunun Sarıkaş kəndində qeydə alınıb.
 
Ötən il dekabrın 27-də itkin düşən üç uşaq anası, 28 yaşlı Rojda Yakışıklının öldürüldüyü və cəsədinin çay yatağında basdırıldığı müəyyən edilib.
 
Qeyd olunur ki, mərhumun əri Okay Gürün Rojdanın telefondakı fotolarında onun şalvar geyindiyini gördükdən sonra qətli törədib.
 
Məlumata görə, cinayətkar təxminən dörd il əvvəl narkotik vasitələrin istehsalı və satışı ittihamı ilə həbs olunaraq, həmin müddət ərzində həbsxanada saxlanılıb. Rojda onun azad ediləcəyini öyrəndikdən sonra həyatının təhlükədə olacağından ciddi narahatlıq keçirməyə başlayıb. Buna görə hüquq-mühafizə orqanlarına zəng edərək məlumat verib və qorunma tələb edib.
 
Bu müraciətdən cəmi iki gün sonra, 27 dekabr 2025-ci ildə Okay Gür evə gələn kimi Rojda ilə mübahisə etməyə başlayıb və onun telefonunu əlindən alıb. Telefona baxarkən Rojdanın şalvar geyindiyi fotoları görən şübhəli "Necə ola bilər ki, sən şalvar geyinirsən?" deyərək mübahisəni davam etdirib.
 
Daha sonra Rojda ilə danışmaq istədiyini deyərək onu evin qaraj kimi istifadə olunan hissəsinə aparıb. Burada Rojda təxminən 50 santimetr uzunluğunda iplə boğularaq öldürülüb. Daha sonra onun cəsədi evdən təxminən 3 kilometr uzaqlıqda yerləşən çay yatağında basdırılıb.
 
İstintaq çərçivəsində Okay Gür, kənd sakinləri 64 yaşlı Ömer Dorğun və onun 34 yaşlı oğlu Barış Dorğun saxlanılaraq həbs ediliblər.
 
İttiham aktında həmçinin qeyd olunub ki, Barış Dorğun ifadəsində Okay Gürün Rojdanı öldürüb basdırdığını ona dediyini və susması müqabilində 1 milyon Türkiyə lirəsi təklif etdiyini bildirib. modern.az

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar