Xəbər lenti
Ölüm hədəsi ilə üzləşən qapıçı 6 qol buraxdı

Boliviya çempionatında futbol dünyasını sarsıdan biabırçı insident qeydə alınıb.
Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, "Quabira" klubu növbəti tur çərçivəsində "Olveys Redi" komandasına 0:6 hesabı ilə məğlub olub.
Rüsvayçı məğlubiyyətdən sonra "Quabira"nın baş məşqçisi Leonardo Eqes sensasion bəyanatla çıxış edib. Argentinalı mütəxəssis bildirib ki, komandanın qapıçısı Manuel Ferel oyun boyu kəskin psixoloji gərginlik altında olub. Buna səbəb qarşılaşmadan öncə futbolçunun və onun ailə üzvlərinin birbaşa ölüm təhdidləri almasıdır.
"Bu yolla onu öz komandasının əleyhinə oynamağa məcbur etməyə çalışıblar", - deyə məşqçi qeyd edib.
Lakin məşqçi belə bir təhlükəli vəziyyətdə qapıçını niyə əvəzləmədiyinə aydınlıq gətirməyib. Məlumata görə, qalmaqallı hadisə ilə bağlı Boliviya Prokurorluğu artıq genişmiqyaslı araşdırmalara başlayıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























