Sizin Reklam Burada
Xəbər lenti
14-09-2026
13-09-2026
BÜTÜN XƏBƏRLƏR

Vüsal Şilderin qətlinin sifarişçisi hakim qarşısında

Tarix: 14-09-2026 14:12     Baxış: 319 A- / A+
Vüsal Şilderin qətlinin sifarişçisi hakim qarşısında
Bakıda 13 il əvvəl qətlə yetirilən Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən Xəyal Əlizadənin məhkəməsi başlayıb.
Manevr.az "Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə Vüsal Şilderin atası, onun hüquqi varisi kimi tanınan Adolf Şilder və anası Mətanət Şilder də iştirak ediblər.
Almaniyanın Azərbaycandakı səfirliyi Adolf Şilderi tərcüməçi ilə də təmin edib.
Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İclasda Xəyal Əlizadənin vəkili bildirib ki, müvəkkili özünü təqsirli bilmədiyi üçün ibtidai istintaqda ifadə verməkdən imtina edib. Onunla birgə cinayət işində iştirakda təqsirləndirilən digər şəxslərlə üzləşmə aparılmadan müstəntiq deyib ki, onların ifadəsi arasında ziddiyyət yoxdur.
Vəkil söyləyib ki, onların üzləşməsi barədə verilən vəsatətlər təmin olunmayıb.
Vəkil cinayət işinə xitam verilməsi və ibtidai istintaqa qaytarılması barədə, həmçinin Xəyal Əlizadə haqqında seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi üçün vəsatətlər verib.
Prosesdə zərərçəkən tərəfin vəkili vurğulayıb ki, iclasın gedişində Xəyal Əlizadə cinayət işinin kimin sifarişi ilə törədilməsi barədə iş üçün mühüm hesab edilən məlumatlar versə, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirlməsinə etiraz etməyəcəklər.
Həmçinin vəkil bildirib ki, bu hadisənin mərkəzində Lalə Ağayeva dayanır, amma onun adı şahidlər siyahısında yoxdur. Vəkil sözügedən şəxsin şahidlər siyahısına, eləcə də onunla bağlı müvafiq yazışmaları, bu yazışmaların ekran görüntülərinin sübutlar siyahısına əlavə edilməsini xahiş edib.
Məhkəmə təqsirləndirilən şəxs barəsində açılan cinayət işinə xitam verilməsi, ibtidai istintaqa qaytarılması, eləcə də onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə verilən vəsatətləri təmin etməyib.
Zərərçəkən tərəfin vəkilinin Lalə Ağayeva və onunla bağlı ekran görüntülərinin sübutlar siyahısına daxil edilməsi barədə vəstət təmin edilib.
Daha sonra cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub.
Növbəti iclas sentyabrın 28-nə təyin olunub.
Qeyd edək ki, Şilder Vüsal Adolf 2013-cü il mayın 2-də Bakı şəhərinin Nərimanov rayonu ərazisində qətlə yetirilib.
Rəsmi məlumata görə, faktla bağlı Elman Seyidağa oğlu İsgəndərov Cinayət Məcəlləsinin 120.2.1, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən tamah məqsədilə qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, daşıma, gəzdirmə) maddələri, Seymur Teymur oğlu Talıbov isə həmin Məcəllənin 120.2.1-ci və 120.2.5-ci maddələri ilə təqsirli bilinib.
Müvafiq məhkəmə hökmləri ilə Elman İsgəndərov 15 il, Seymur Talıbov isə 12 il maddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.
Həmçinin Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi və əldə olunan sübutların tədqiqi zamanı Əlizadə Xəyal Məzahir oğlunun sözügedən cinayətin təşkili və törədilməsinə rəhbərlik etməsinə əsaslı şübhələr müəyyən edilib.
Bununla əlaqədar onun barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilərək cinayət təqibi davam etdirilib.
Xəyal Əlizadə Azərbaycanın hüdudlarından kənarda olduğundan ona ittiham elan etmək mümkün olmayıb və istintaqdan qaçıb gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.
Aparılmış axtarış tədbirləri nəticəsində Xəyal Əlizadənin Birləşmiş Ərəb Əmirliklərində olduğu müəyyən edilib.
Ötən müddət ərzində Xəyal Əlizadənin ekstradisiyası ilə bağlı Azərbaycanın Baş Prokurorluğu tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Baş Prokurorluğun vəsatəti əsasında Ədliyyə Nazirliyi tərəfindən göndərilmiş sorğu nəticəsində o, 2026-cı il yanvarın 11-də Birləşmiş Ərəb Əmirliklərinin səlahiyyətli orqanları tərəfindən tutulub və sonradan Azərbaycana ekstradisiya edilib.
Cinayət işinin ibtidai istintaq davam etdirilib, toplanmış mötəbər sübutlar əsasında Xəyal Əlizadəyə Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə cinayətini təşkil etmə) maddəsilə ittiham elan edilib, barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, V.Şilderin atası Adolf Şilder bir vaxtlar "Mercedes Benz"in Azərbaycan nümayəndəliyinin rəhbəri olub.






Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar