Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Mingəçevir şəhərində yerləşən çoxmənzilli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir Şəhər Yanğından Mühafizə Dəstəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində binanın şaxtasında elektrik kabellərində baş vermiş yanğın genişlənməsinə və mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində liftin şaxtası boyu 30 p.m elektrik kabeli yanıb. Mənzillər yanğından mühafizə edilib.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.
Xəbər lenti
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar




























