Sizin Reklam Burada
Xəbər lenti
13-09-2026
12-09-2026
BÜTÜN XƏBƏRLƏR

Ofeliya Sənani xəsarət aldı: “Yerə çırpıldım..."

Tarix: 13-09-2026 14:20     Baxış: 424 A- / A+



Xalq artisti, tanınmış diktor Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb.
Manevr.az xəbər verir ki, bu barədə diktor Musavat.com-a açıqlamasında bildirib. O qeyd edib ki, bir neçə gün əvvəl evinin balkonunda olarkən təzyiqi yüksəlib və başı gicəllənərək yıxılıb.
Xalq artisti hazırda vəziyyətinin ağır olduğunu, hərəkət etməkdə çətinlik çəkdiyini deyib:

"Halım çox pisdir, uzanıram, tərpənə bilmirəm. Lap pisləşmişəm. Yıxıldığım üçün qolum əzilib, göyərib, tərpənə bilmirəm, ağrıyır. Yaxşı ki, küçədə yıxılmadım, başım asfalta dəyərdi. Necə oldu, heç özüm də bilmədim".
Xalq artisti qolunda sınıq olmadığını bildirib. Lakin aldığı zərbələrdən sonra ağrılarının davam etdiyini deyib.

O, hazırda həkimə müraciət etmədiyini, evdə uzanaraq dincəldiyini söyləyib:

"Yox, həkimə getməmişəm. Uzanmışam, dincəlirəm. Ağrılarım var. Rahat hərəkət edə bilmirəm".

Diktor səhhətində müəyyən irəliləyiş olduğunu desə də, zaman-zaman vəziyyətinin qəfil pisləşdiyini bildirib. O, başgicəllənmə səbəbindən bir neçə dəfə küçədə də yıxıldığını deyib: "Təzyiq qalxır, qəfildən yerə çırpılıram".

Xalq artistinin sözlərinə görə, evində ona kömək edən şəxslər var:"Yeməyimi hazırlayıb, qarşıma qoyurlar. Özüm heç bir iş görə bilmirəm".
Ofeliya Sənani halsızlaşdığı və yeriyə bilmədiyi üçün müayinələrə də gedə bilmədiyini bildirib.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar