Xəbər lenti
Restoranı qarət edib ərzaqları evsizlərə payladı – 2 il həbs

Bakıda restoranı qarət edərək oğurladığı ərzaqların böyük hissəsini evsiz və ehtiyaclı şəxslərə paylayan 42 yaşlı Zöhrab Rəhimovun məhkəməsi başa çatıb.
Hadisə paytaxtın Nəsimi rayonunda, H.Seyidzadə küçəsində yerləşən “Ardıc” ailəvi restoranında baş verib.
Zöhrab Rəhimov gecə saatlarında restoranın hasarını aşıb, pəncərənin torunu cıraraq mətbəxə daxil olub. O, ümumi dəyəri təxminən 1270 manat olan samovar, müxtəlif növ ət və içkiləri oğurlayıb. Əşyaları hadisə yerindən velosipedlə daşıyıb.
Təqsirləndirilən şəxs ifadəsində ərzaqların bir hissəsini özünün istifadə etdiyini, böyük hissəsini isə küçədə yaşayan evsiz insanlara payladığını bildirib.
“Samovarı 42 manata satıb pulunu xərclədim. Etdiyim əməldən peşman deyiləm”, – o deyib.
Restoran sahibi dəymiş ziyanın yalnız samovar hissəsinin qarşılandığını, qalan məbləğin ödənilmədiyini bildirib və təqsirləndirilən şəxsin cəzalandırılmasını istəyib.
Mayın 29-da saxlanılan Zöhrab Rəhimova Cinayət Məcəlləsinin 177.2.3-cü – yaşayış sahəsinə və ya başqa saxlanma yerlərinə qanunsuz daxil olmaqla oğurluq maddəsi ilə ittiham irəli sürülüb.
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Zöhrab Rəhimov ümumi rejimli cəzaçəkmə müəssisəsində saxlanılmaqla 2 il müddətinə azadlıqdan məhrum edilib. haqqın.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar




























