Sizin Reklam Burada
Xəbər lenti
10-09-2026
09-09-2026
BÜTÜN XƏBƏRLƏR

Kürdəmirdə ərindən çay istəyən qadın FACİƏ YAŞADI: bıçağı boğazına dirədi, vəhşicəsinə döydü

Tarix: 10-09-2026 21:59     Baxış: 324 A- / A+
Kürdəmirdə kişi arvadını döyüb.

Hadisə rayonun kəndlərindən birində qeydə alınıb.

Məlumata görə, qadın sahədə işdən yorğun gələrək ərindən təzə çay dəmləməsini xahiş edib. Bu zaman mətbəxdə bıçaqla çörəyin üstünə şor sürtüb yeyən 63 yaşlı Sənan Süleymanov (şərti adla) arvadına kobud cavab verərək, termosda çay olduğunu və özünün də o çaydan içdiyini deyib.

Bu mövzuda ər-arvad arasında mübahisə yaranıb. Mübahisə zamanı Sənan əlindəki bıçaqla qadının üzərinə gedib və kəsici aləti onun boğazına dirəyərək, ölümlə təhdid edib. Daha sonra yumruqla qadının üzünə zərbə vurub. Yerə yıxılandan sonra isə təpiklə arvadına bir neçə dəfə vuraraq, xəsarətlər yetirib. Hadisə zamanı həmçinin zərərçəkənin bir barmağı da kəsilib.
Faktla bağlı Sənan Süleymanov saxlanılaraq, barəsində cinayət işi başlanıb.

Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu deyib. Zərərçəkən qadın isə əri ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirib.

Məhkəmənin qərarı ilə Sənan Süleymanov 1 il 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. lent.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar