Maltada maşında itən telefon tanınmış rəqqasənin ölümünə səbəb olub.
Bu barədə “Need To Know” məlumat yayıb. 18 yaşlı Kelli Karuana avqustun 21-də Qormi şəhərində yol-nəqliyyat hadisəsinə düşüb. Qız avtomobilin sərnişin oturacağında tanışı ilə birlikdə gedirmiş. Karuana telefonunu itirib və onu axtarmağa başlayıb. Qadjet oturacağın altından tapılıb. Qız onu götürmək üçün əyilib. Bu zaman gənc oğlan idarəetməni itirib və hər hansı maneəyə çırpılıb. Təhlükəsizlik yastığı birbaşa qızın üzünün açılıb və ona ağır xəsarətlər yetirib. Həkimlər doqquz gün onun həyatı uğrunda mübarizə aparıblar, lakin xilas edə bilməyiblər. Həkimlərin sözlərinə görə, məhz təhlükəsizlik yastığı belə ciddi xəsarətlərin səbəbi olur. Sürücü də xəsarət alıb və xəstəxanaya yerləşdirilib. publika.az Manevr.az