Sizin Reklam Burada
Xəbər lenti
30-09-2026
29-09-2026
BÜTÜN XƏBƏRLƏR

Qatarın vurduğu 24 yaşlı Rahilin başı telefona qarışıbmış

Tarix: 08-09-2026 23:16     Baxış: 376 A- / A+
Qatarın vurduğu 24 yaşlı Rahilin başı telefona qarışıbmış

Şəmkirdə 24 yaşlı gənc oğlanı hərəkətdə olan sərnişin qatarı vuraraq öldürüb.

Hadisə Bakı–Böyük Kəsik–Gürcüstan dəmir yolu xəttinin rayonun Sabirkənd kəndi ərazisindən keçən hissəsində baş verib.

2002-ci il təvəllüdlü Rahil Vəliyev dəmir yolu xəttində olarkən Tbilisi–Bakı istiqamətində hərəkət edən sərnişin qatarının vurması nəticəsində ağır xəsarətlər alıb. Gənc hadisə yerində həyatını itirib. Mərhumun yaxınlarının sözlərinə görə, Rahil dəmir yolu xəttinin üzərinə oturub və başı mobil telefonuna qarışıb. 

Mərhumun qohumu Fərman Əliyev bildirib ki, Rahil sakit və zəhmətkeş insan olub.

Hadisə ilə bağlı Azərbaycan Dəmir Yolları QSC (ADY) də məlumat yayıb. Qurumun açıqlamasında qeyd olunub ki, hadisə gecə saat 02:00 radələrində Zəyəm–Dəllər sahəsində baş verib.

Məlumata görə, 135 km/saat sürətlə hərəkət edən Tbilisi–Bakı qatarının qarşısına qəfil bir nəfər çıxıb. Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafənin qısa olması səbəbindən toqquşmanın qarşısını almaq mümkün olmayıb. Nəticədə həmin şəxs həyatını itirib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır. gencexeber.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar