Sizin Reklam Burada
Xəbər lenti
08-09-2026
07-09-2026
BÜTÜN XƏBƏRLƏR

Toyda aparıcı ilə tanış olmaq istəyən ofisiant SAXLANILDI

Tarix: 08-09-2026 21:20     Baxış: 326 A- / A+
Xaçmazda şadlıq sarayında insident olub.

Hadisə şəhərin Bakı prospektində yerləşən şadlıq evində qeydə alınıb.

Burada ofisiant işləyən 41 yaşlı Bahadur Məmmədov (şərti adla) sərxoş halda toy-nişan aparıcısı olan xanıma yaxınlaşaraq, şəkil çəkdirmək istəyib. Qadın ondan uzaqlaşanda isə o, tanış olmaq istədiyini bildirərək, aparıcını narahat edib.
 
Bu vaxt ərazidə xidmətdə olan polis əməkdaşları küçədə Bahadurun uca səslə nalayiq ifadələr işlətdiyini görüblər. Onlar Bahadurdan hərəkətlərini dayandırmasını və ictimai asayişi pozmamasını istəsələr də, o, qanuni tələbə məhəl qoymayıb. Nəticədə Bahadur Məmmədov saxlanılaraq, barəsində müvafiq protokollar tərtib olunub.

Bahadur ifadəsində bildirib ki, illərdir ofisiant işləyir və bu vaxtacan heç bir qadını narahat etməyib. Həmin xanımla da şəkil çəkdirmək istəyib. Bundan sonra bir nəfər ona yaxınlaşaraq, “xanıma nə etmisən?” deyə soruşub. B. Məmmədov məhkəmədən barəsində cərimə növündə cəza verilməsini istəyib.

Məhkəmənin qərarı ilə B. Məmmədov 150 manat məbləğində inzibati qaydada cərimələnib. bizim.media.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar