Sizin Reklam Burada
Xəbər lenti
13-10-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan səhiyyəsinə ağır itki - Əməkdar həkim vəfat etdi - Şəkil

Tarix: 05-09-2026 23:03     Baxış: 377 A- / A+

Azərbaycan səhiyyəsinə ağır itki üz verib.

Uzun illər müxtəlif xəstəxanaların baş həkimi işləmiş Əməkdar həkim Vaqif Cəfərov vəfat edib.

O, uzun sürən xəstəlikdən sonra 78 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Vaqif Cəfərov 1948-ci il may ayının 9-da Basarkeçər rayonunun Şişqaya kəndində anadan olub. 

Azərbaycan Tibb Universitetini bitirib. 

O, 1995-1998-ci illərdə M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin baş həkimi, 1998-2005-ci illərdə Respublika Klinik Xəstəxanasının baş həkimi, Yasamal Səhiyyə şöbəsinin müdiri, Xalq Təbabəti Mərkəzinin direktoru vəzifələrində işləyib. Səhiyyə Nazirliyinin kollegiya üzvü olub. 

2000-ci ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə Əməkdar həkim fəxri adına layiq görülüb. 

V.Cəfərov ölkənin ictimai-siyasi həyatında da fəal iştirak edib. O, ömrünün sonunadək hakim Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatı İdarə Heyətinin üzvü olub. 

Xatırladaq ki, Vaqif Cəfərov Azərbaycanın görkəmli dövlət və siyasi xadimi mərhum Yunis Rzayevin bacısı oğludur. ölkə.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar