Balakəndə ictimai məkanda söyüş söyən kişi saxlanılıb. Xəbər lenti
Dostunu gözləməkdən bezib söydü, saxlanıldı - BAlAKƏNDƏ
Balakəndə ictimai məkanda söyüş söyən kişi saxlanılıb.Hadisə şəhər ərazisindəki “Bayraq meydan”ında baş verib.
30 yaşlı Şəmsəddin Behbudov (şərti adla) dostu ilə görüşmək üçün “Bayraq meydanı”na gəlib. Lakin onun sözlərinə görə, burada 15 dəqiqə gözləsə də, dostu gəlməyib və o, əsəbiləşərək uca səslə söyüşlər söyməyə başlayıb. Bu zaman ərazidə xidmətdə olan polis əməkdaşları ona irad bildirərək, ictimai yerdə yol verdiyi qeyri-etik hərəkətləri dayandırmağı tələb ediblər.
Amma Şəmsəddin polisin qanuni tələbinə tabe olmayaraq, söyüşlərə davam edib. Nəticədə o saxlanılıb və barəsində müvafiq protokollar tərtib olunub.
Şəmsəddin Behbudov əməlindən peşman olduğunu və himayəsində 2 azyaşlı övladının olmasını bildirərək, məhkəmədən barəsində yüngül cəza verilməsini istəyib.
Məhkəmənin qərarı ilə o, 150 manat məbləğində inzibati qaydada cərimələnib. lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































