Xəbər lenti
Türkiyədə azərbaycanlı uşaq ögey atasını öldürdü
Türkiyədə azərbaycanlı yeniyetmə ögey atasını öldürüb.Manevr.az lent.az-a istinadən xəbər verir ki, hadisə Kayseri şəhərinin Melikqazi rayonunun Hunat məhəlləsində, Şəhid Yüzbaşı Sami Akbulut küçəsində baş verib.
Məlumata görə, Azərbaycan vətəndaşı olan 16 yaşlı V.E. ilə onun 47 yaşlı ögey atası M.T. arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisə daha sonra davaya çevrilib.
Dava zamanı V.E. üzərində olan bıçaqla ögey atasını yaralayıb. Əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
İlkin tibbi yardımdan sonra ağır yaralanan M.T. xəstəxanaya yerləşdirilib. Lakin o, həkimlərin bütün müdaxilələrinə baxmayaraq, iki gün davam edən həyat mübarizəsini uduzub. M.T.-nin meyiti ekspertiza üçün morqa aparılıb.
Şübhəli V.E. isə polis tərəfindən saxlanılıb. O, polis idarəsindəki prosedurlardan sonra məhkəməyə çıxarılıb və barəsində həbs qərarı verilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























