Sizin Reklam Burada
Xəbər lenti
03-09-2026
02-09-2026
BÜTÜN XƏBƏRLƏR

"Hər dəfə uşağı göyərmiş halda gətirirdilər” - "Kayu" uşaq bağçasından şikayət

Tarix: 04-09-2026 11:00     Baxış: 424 A- / A+



Bakıda fəaliyyət göstərən "Kayu" uşaq bağçası ilə bağlı valideyn tərəfindən ciddi iddialar səsləndirilib.
Manevr.az xəbər verir ki, valideyn Elnur Əliyev sosial şəbəkədə etdiyi paylaşımda 2 yaş 2 aylıq oğlunun bağçada olduğu müddətdə dəfələrlə müxtəlif nahiyələrindən göyərmiş halda evə gətirildiyini bildirib.
Onun sözlərinə görə, bağça əməkdaşları hər dəfə uşağın yıxıldığını desələr də, sonradan oğlunun bədənində çimdik izləri də aşkarlanıb.
"Bir dəfə "poposunda" çimdik izləri görəndə artıq şübhələndim. 2-3 saat baxçada kameraya baxsaq da, yıxılma anını tapa bilmədik. Narazılıq edəndə də deyirdilər ki, 'xoşunuz gəlmir, çıxarın'", - deyə valideyn qeyd edib.
Elnur Əliyev uşağının bir dəfə gözündən də xəsarət aldığını və sifətindəki göyərmənin uzun müddət keçmədiyini iddia edib.
Valideynin sözlərinə görə, 3 ay ərzində övladını bağçaya göndərməyib. Tətil başa çatdıqdan sonra uşağı yenidən həmin bağçaya aparıb. İlk günün sonunda isə oğlunun alnının göyərdiyini və şişdiyini bildirib.
Lakin valideynin əsas narazılığı uşaq evə gəldikdən sonra ortaya çıxıb. O, oğlunun boynuna qədər nəcis içində olduğunu və səhər geyindirilən pampersin 7 saat ərzində dəyişdirilmədiyini iddia edib.
"Uşağı 7 saat sidik və nəcis içində saxlayıblar", - Elnur Əliyev yazıb.
Valideyn bağçanın əməkdaşları ilə telefon danışığında məsələ ilə bağlı aidiyyəti qurumlara şikayət edəcəyini bildirdiyini, qarşılığında isə "hara istəyirsiniz, şikayət edin" cavabını aldığını iddia edib.
Məsələ ilə bağlı "Kayu" uşaq bağçasının rəhbərliyi ilə əlaqə saxladıq.
Bağçadan bildirilib ki, valideynin səsləndirdiyi iddialar həqiqəti əks etdirmir və qeyd olunan hadisə bağçada baş verməyib.
Rəhbərlik həmçinin yaranmış vəziyyətə görə valideynin məsuliyyət daşıdığını bildirib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar