Sizin Reklam Burada
Xəbər lenti
13-10-2026
BÜTÜN XƏBƏRLƏR

Şəkidə gecə saatlarında iki yanğın: ev və avtomobil külə döndü

Tarix: 04-09-2026 09:00     Baxış: 378 A- / A+
Şəkidə baş verən iki ayrı yanğın nəticəsində fərdi yaşayış evi və minik avtomobili yanıb.

İlk hadisə sentyabrın 3-də saat 23 radələrində Şəki şəhərində qeydə alınıb. Dilqəm Məmmədseyid oğlu Ağababayevə məxsus birmərtəbəli, 3 otaq və aynəbənddən ibarət fərdi yaşayış evində yanğın baş verib.

Yanğın nəticəsində evin yanar konstruksiyaları və içərisindəki əşyalar, həmçinin evə bitişik tikilmiş talvarın yanar konstruksiyaları yanıb.

Digər yanğın hadisəsi isə gecə saat 01 radələrində Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Şəkinin Göybulaq kəndindən keçən hissəsində baş verib.

Bilal Şaban oğlu Xalitova məxsus “Mercedes” markalı, 62-BL-162 dövlət qeydiyyat nişanlı minik avtomobilində hərəkətdə olarkən yanğın başlayıb. Nəticədə avtomobilin yanar konstruksiyaları yanıb.

Hər iki hadisə zamanı xəsarət alan olmayıb. Yanğınların söndürülməsi üçün əraziyə Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və yanğınsöndürənləri cəlb edilib. Faktlarla bağlı araşdırma aparılır. apa

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar