Xəbər lenti
Valideynləri cehiz almağa getdi, özü evdən qaçdı
Bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə sosial media hesabında paylaşım edib.
Onun sözlərinə görə, yeniyetmə qızın sentyabrın 20-də toyunun keçirilməsi planlaşdırılıb. Lakin qız özü bu evliliyə razı olmayaraq sığınacağa müraciət edib.
Kəmalə Ağazadə hadisənin necə baş verdiyini belə təsvir edib: “17 yaşlı qızın 20 sentyabrda toyu olacaqdı. Olmayacaq”.
Məlumata görə, qızın valideynləri cehiz almaq üçün Sədərək bazarına gedib. Bu zaman yeniyetmə taksiyə minərək sürücüdən onu Kəmalə Ağazadənin sığınacağına aparmasını xahiş edib.
“Qız taksi sürücüsünə deyib ki, “pulum yoxdur, Kəmalə xanımın sığınacağına apar, orada verəcəklər”. O da gətirib...” – deyə paylaşımda qeyd olunub.
Hadisə ilə bağlı digər təfərrüatlar açıqlanmayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























