Tərcüməçi Ziya Muradovun ölümü ilə bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.
Manevr.az bildirir ki, bu barədə apa-nın sorğusuna cavab olaraq, Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisənin bütün hallarının, o cümlədən Ziya Muradovun ölümünün səbəbinin və başvermə şəraitinin müəyyən edilməsi istiqamətində zəruri prosessual hərəkətlər həyata keçirilir.
Toplanmış materialların nəticələrinə əsasən hadisəyə qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət veriləcəkdir.
Qeyd edək ki, Ziya Muradov avqustun 1-i Qubada istirahət zamanı qəfil vəfat edib. İddialara görə, hadisə baş verən gün həmin ərazidə ondan başqa 17 nəfər də olub. Ailə üzvləri meyitin üzərində zədə izi gördüyünü qeyd ediblər.
Xəbər lenti
Prokurorluq tərcüməçi Ziya Muradovun ölümü ilə bağlı araşdırma aparır

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































