Sizin Reklam Burada
Xəbər lenti
26-08-2026
25-08-2026
BÜTÜN XƏBƏRLƏR

Gömrük generalının adından dələduzluq - DETALLAR

Tarix: 26-08-2026 22:40     Baxış: 331 A- / A+
Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLARDövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Elmir Ramazanovun tanışı olduğunu deyərək bir ailənin 74 900 manatını dələduzluq yolu ilə ələ keçirən şəxs həbs edilib.
Manevr.az "qaynarinfo"ya istinadən xəbər verir ki, 1988-ci ildə Şəki rayonunda doğulmuş Elşən Məmmədov (şərti) Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə qarşısına çıxarılıb.
Məlum olub ki, təqsirləndirilən şəxs Bakının Maştağa qəsəbəsində yaşayıb və ferma işlədib. O, restoranda bir neçə gömrük işçisi ilə tanış olduqdan sonra ona müraciət edən şəxsləri Dövlət Gömrük Komitəsinə işə düzəldəcəyini vəd edib.
Təqsirləndirilən şəxs Saranı Bakı Baş Gömrük İdarəsinin rəisi vasitəsilə Dövlət Gömrük Komitəsinə işə düzəldəcəyinə söz verib.
Lakin o, Dövlət Gömrük Komitəsinə işə düzəlməyin xərcinin çox olduğunu, Fövqəladə Hallar Nazirliyində isə R rütbəsi ilə 9 000 manata işə düzəldə biləcəyini deyib. Sara ona inandığından 2024-cü ilin iyul ayının sonunda ilkin olaraq 2 000 manatı bir neçə dəfə Elşənin kartına göndərib.
Lakin sonradan Elşən Saranın Dövlət Gömrük Komitəsinə işə düzəldilməsi ilə bağlı danışıqlar apardığını və razılıq aldığını deyərək bu məqsədlə 2024-cü ilin avqust ayından 2025-ci ilin fevral ayının sonunadək, eləcə də 2025-ci ilin iyun ayından avqust ayının əvvəlinədək olan müddətdə zərərçəkmiş qadından hissə-hissə ümumilikdə 50 min manat civarında pul alıb.
Hətta zərərçəkmiş qadını inandırmaq üçün ona Dövlət Gömrük Komitəsinə aid qadın geyim formasını da verib.
Elşən bununla kifayətlənməyərək zərərçəkmiş qadının Tofiq Qənbərov adlı oğlunu hərbi xidmətdən saxlatdırmaq adı ilə 2025-ci ilin mart ayında Saradan hissə-hissə 24 min manat pul alıb.
Lakin 2025-ci ilin aprel ayının sonlarında Tofiq hərbi xidmətə göndərildikdən sonra zərərçəkmiş qadın və ailəsi hüquq-mühafizə orqanlarına müraciət edib.
Sonda məlum olub ki, Elşən Saranı aldadaraq onun ümumilikdə 74 900 manat pulunu ələ keçirib.
74 991,99 manat məbləğində maddi ziyanın və 315 manat məbləğində ödənilmiş dövlət rüsumunun təqsirləndirilən şəxsdən tutularaq zərərçəkmişə ödənilməsi barədə qərar verilib.
Məhkəmənin hökmü ilə Elşən 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar