Sizin Reklam Burada
Xəbər lenti
21-09-2026
20-09-2026
BÜTÜN XƏBƏRLƏR

Dəmiryolunda “TikTok” üçün video çəkərkən “tok” vuran yeniyetmə vəfat etdi

Tarix: 24-08-2026 18:11     Baxış: 101 A- / A+


Ağstafada 3 gün əvvəl vaqonun üstünə çıxdığı üçün elektrik cərəyanı vuran 15 yaşlı Ömər Nəsibov vəfat edib.
Manevr.az xəbər verir ki, bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. 
Bildirilib ki, 2011-ci il təvəllüdlü şəxs (kişi) 21.08.2026-cı il tarixində saat 23:00 radələrində Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Yanıq xəsarətləri alan şəxsə ilkin tibbi xidmət göstərilib və daha ixtisaslı tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə olunub.
Sifətin, boyunun, hər iki yuxarı ətrafların ön və arxa səthlərin III-IV dərəcə elektrotravmalı ağır dərəcəli termiki yanığı diaqnozu təyin edilən şəxsin aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 22.08.2026-cı il tarixində saat 20:10 radələrində ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, yeniyetməni "TikTok" sosial şəbəkə platforması üçün video çəkmək istəyərkən elektrik cərəyanı vurduğu bildirilirdi.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar