Xəbər lenti
Xətai rayonunda mənzil niyə yandırıldı? - Bacı-qardaşın mübahisəsi ilə bağlı YENİ DETALLAR
Paytaxtın Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsinin detalları məlum olub.Yanğına mənzildə yaşayan bacı-qardaş arasında baş verən mübahisənin səbəb olduğu iddia edilir.
Məlumata görə, yanğın nəticəsində mənzilə ciddi ziyan dəyib, alovun digər mənzillərə keçmə təhlükəsi yaranıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, polis və təcili tibbi yardım briqadaları cəlb olunub.
Sakinlərin sözlərinə görə, hadisədən əvvəl mənzildə yaşayan şəxslər arasında mübahisə baş verib. Onlardan biri bildirib ki, əvvəlcə mənzildən yüksək səslər eşidilib, daha sonra isə şəxsin əlində baltaya bənzər alətlə şüşələri sındırdığı görülüb.
Şahidlərdən biri deyib ki, həmin şəxs daha sonra mənzildəki əşyaları, o cümlədən paltarları qaz plitəsinin üzərinə yığıb və yanğın başlayıb. Onun sözlərinə görə, şəxs daha sonra balkona çıxıb və huşunu itirib. Həmin şəxsə ilkin tibbi yardım göstərilib və daha sonra təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.
Digər bir sakin bildirib ki, binada üç ildən artıqdır yaşayır və həmin mənzildə yaşayanlarla bağlı əvvəllər ciddi mübahisə eşitməyib:
"Üç ildən çoxdur burada yaşayıram. Heç vaxt mübahisə eşitməmişəm, dava-filan olmayıb. Normal qonşu olmuşuq".
Sakinlərin sözlərinə görə, mənzildə yaşlı kişi və həyat yoldaşı ilə yanaşı, ailənin digər üzvləri də yaşayıb. Hadisə zamanı binanın sakinləri mənzildən aşağı müxtəlif əşyaların atıldığını da görüblər.
Hadisənin dəqiq səbəbləri və yanğının hansı şəraitdə baş verməsi araşdırılır. oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































