Sizin Reklam Burada
Xəbər lenti
21-08-2026
20-08-2026
BÜTÜN XƏBƏRLƏR

Söyüş söyən abituriyent həbs edilib - Sənədləri verməsinə 1 gün qalmışdı

Tarix: 21-08-2026 23:05     Baxış: 334 A- / A+
Söyüş söyən abituriyent həbs edilib - Sənədləri verməsinə 1 gün qalmışdı
Bu ilin iyul ayında paytaxtın Xətai rayonunda maraqlı hadisə baş verib.

Yusif Səfərov küçəsində ucadan söyüş söyərək vətəndaşların narahatlığına səbəb olan gənc ərazidə xidmət aparan polisin diqqətini çəkib. Həmin gəncə sakitliyə riayət etməsi bildirilsə də, o, xuliqanlıq hərəkətlərinə davam edib və polisin qanuni tələbinə qəsdən tabe olmayıb.

Nəticədə, həmin şəxs saxlanılıb və barəsində Xətai RPİ-nin 37-ci Polis Şöbəsində inzibati protokol tərtib edilib. Məlum olub ki, saxlanılan şəxs 2008-ci il təvəllüdlü M.Məmmədovdur (şərti).

Onun barəsindəki protokol rayon məhkəməsinə göndərilib.
18 yaşlı gənc ifadəsində qəbul imtahanlarında iştirak etdiyini və sənədlərini təqdim etməyə hazırlaşdığını bildirib: "Universitetə sənədlərimi təqdim etmək üçün 1 günüm qalmışdı və 3*4 ölçüdə foto çəkdirməli idim. Bu məqsədlə Yusif Səfərov küçəsində fotostudiya axtarırdım. Lakin tapa bilmədim və məni oraya yönləndirən dostuma zəng etdim. Həmin vaxt uca səslə söyüş söymüşəm. Sənədləri təqdim etmək üçün 1 gün vaxtım var, xahiş edirəm məni bağışlayasınız".

Xətai Rayon Məhkəməsinin qərarı ilə M.Məmmədov 20 gün müddətinə inzibati həbs olunub. qafqazinfo

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar