Sizin Reklam Burada
Xəbər lenti
21-09-2026
20-09-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda məsciddə namaz qılıb yatdı - Telefonu oğurlandı

Tarix: 19-08-2026 23:20     Baxış: 376 A- / A+

Bakıda məsciddə yatan şəxsin telefonu oğurlanıb.

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M. Abbasov küçəsində yerləşən “Cümə” məscidində baş verib.

1996-cı ildə Mingəçevir şəhərində doğulmuş F.V. barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.

Məlum olub ki, zərərçəkən Telman Əhmədov “Cümə” məscidinə gedərək namaz qıldıqdan sonra yuxuya gedib. Oyananda dəyəri 100 manat olan mobil telefonunun oğurlandığını aşkar edib. O, oğurluq hadisəsi ilə bağlı polisə məlumat verib.

Polis şöbəsində aparılan araşdırma nəticəsində oğurluq əməlinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən törədildiyi müəyyən olunub.

F.V. Telman Əhmədovun yatdığını gördüyünü, ona məxsus mobil telefonu oğurladığını, həmin telefonu tanımadığı şəxsə 25 manata satdığını və əldə etdiyi pulu xərclədiyini etiraf edib. O, törətdiyi əməldən peşman olduğunu bildirib.

Məhkəmənin qərarı ilə F.V. İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 1 ay müddətinə inzibati həbs edilib. qaynarinfo

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar