Sizin Reklam Burada
Xəbər lenti
21-09-2026
20-09-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda üç nəfərin bıçaqlanmasının təfərrüatı

Tarix: 18-08-2026 22:03     Baxış: 385 A- / A+
Bakıda bir evdə üç nəfərin bıçaqlanmasının təfərrüatı məlum olub.

Hadisə paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsi, 1 ünvanındakı ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində baş verib.

Belə ki, Balakən rayon sakinləri – 1983-cü il təvəllüdlü Sərvər Qərib oğlu Kərimov, 1986-cı il təvəllüdlü Vidadi Famil oğlu Bubuşov və 1988-ci il təvəllüdlü Elnur Abdulla oğlu Xocaxov bir otaqda, hadisəni törətməkdə şübhəli bilinən Masallı rayon sakini, 1989-cu il təvəllüdlü Murad Quliyev isə digər otaqda kirayədə yaşayırmışlar.

M.Quliyev bir müddət əvvəl həbsdən çıxıbmış və ona görə də tək qalırmış. O, Bakı şəhərindəki hərbi hissələrdən birində usta işləyirmiş.

M.Quliyev çox vaxt iş yerində qalsa da, otağı kirayələyibmiş. O, evə gələndə qonşuda kirayədə qalan həmin üç nəfərlə yeyib-içirmiş.

Hadisədən bir gün əvvəl M.Quliyev evdə olmayıb və Balakən rayon sakinləri onun evindən istifadə ediblər.
Səhəri gün, yəni dünən axşam saatlarında M.Quliyev evə gəlib və yenidən həmin üç nəfərin qaldığı evə gedib, yeyib-içiblər.Həmin vaxt onlardan biri Murada məlumat verib ki, onun qaldığı otaqdan istifadə ediblər. Bundan əsəbiləşən Murad onlara irad bildirib və aralarında mübahisə yaranıb. Mübahisə nəticəsində Balakən rayon sakinlərindən biri Muradı vurub. Həmin vaxt Muradın stolun üstündə olan bıçaqla hər üç şəxsə zərbələr endirdiyi, daha sonra hadisə yerindən qaçdığı bildirilir.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə M.Quliyev saxlanılıb. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar