Sizin Reklam Burada
Xəbər lenti
14-08-2026
13-08-2026
BÜTÜN XƏBƏRLƏR

Xalq artistinin kürəkəni məhkəməyə üz tutdu - 700 min manatlıq dələduzluq iddiası var

Tarix: 14-08-2026 21:58     Baxış: 335 A- / A+
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadənin iş adamı Elşən Mahmudbəyliyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə baxışı başlayır. İş, son aylarda ictimaiyyətin diqqət mərkəzində olan və yüz minlərlə manatlıq dələduzluq iddiaları ilə gündəmə gələn qalmaqallı hadisələrin fonunda keçiriləcək.

Elşən Mahmudbəyliyə qarşı verilmiş xüsusi ittiham qaydasında şikayətə Yasamal Rayon Məhkəməsində hakim Mirsadıq Seyidovun sədrliyi ilə avqustun 17-də baxılacaq.

Məlumata görə, xüsusi ittiham şikayətinin verilməsinə səbəb Elşən Mahmudbəylinin Rüfət Qasımzadə və digər şəxslərin onu təxminən 700 min manat məbləğində dələduzluq yolu ilə aldatdıqları barədə mediada və ictimaiyyət qarşısında səsləndirdiyi iddialar olub.

Məsələ mətbuatda geniş işıqlandırılıb. Zərərçəkənlər bildiriblər ki, onlara Mərkəzi Univermaqda qızıl mağazası açmaq və qızıl alqı-satqısından yüksək gəlir əldə etmək vəd edilib.

Elşən Mahmudbəyli bildirib ki, Rüfət Qasımzadə ilə tanışlığı onun ailə əlaqələri və uzun illər tanıdıqları şəxslərlə dostluğu səbəbindən etibar yaradıb. Onun sözlərinə görə, özü və dostları birlikdə təxminən 715 min manat vəsait veriblər.

Mahmudbəyli iddia edib ki, sonradan vədlərin həqiqəti əks etdirmədiyi məlum olub. O bildirib ki, Rüfət Qasımzadə Türkiyədən qızıl gətirərkən İstanbul hava limanında saxlanıldığını, 5 kiloqram qızılın müsadirə edildiyini və buna görə pulları geri qaytara bilməyəcəyini deyib. Daha sonra isə onların tək zərərçəkən olmadığını, başqa şəxslərin də oxşar üsulla aldadıldığını öyrəndiklərini bildirib.

Digər zərərçəkən Mirəli isə bildirib ki, Rüfət Qasımzadənin qızıl alqı-satqısı ilə məşğul olması görüntüsü yaratması onlarda etimad formalaşdırıb və onun dələduz ola biləcəyini düşünməyiblər. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, polisə bir qrup vətəndaşın qızıl-zinət əşyalarının satışı adı ilə aldadılaraq pul vəsaitlərinin ələ keçirilməsi barədə müraciətlər daxil olub.

Nazirliyin məlumatına əsasən, keçirilən əməliyyat tədbirləri nəticəsində 36 yaşlı Rüfət Qasımzadə və 37 yaşlı Məmməd Məmmədzadə saxlanılaraq təqsirləndirilən şəxs qismində istintaqa cəlb ediliblər. Onlar barəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, indi başlanan məhkəmə prosesi həmin cinayət işi deyil, Elşən Mahmudbəyliyə qarşı xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə aparılacaq. Məhkəmə araşdırması nəticəsində tərəflərin təqdim etdiyi sübutlar və arqumentlər qiymətləndiriləcək. musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar