Sizin Reklam Burada
Xəbər lenti
21-09-2026
20-09-2026
BÜTÜN XƏBƏRLƏR

Gəncədə restorandakı qətllə bağlı 7 nəfər HƏBS OLUNDU

Tarix: 11-08-2026 22:44     Baxış: 3109 A- / A+
Gəncədə restoranda baş verən qətlə görə 7 nəfər həbs olunub.

Buna səbəb həmin şəxslərin hadisə baş verən an iaşə obyektində xuliqanlıq əməllərinə yol vermələridir.

Məlumata əsasən, qətl hadisəsi baş verəndən dərhal sonra hüquq-mühafizə orqanlarının əməkdaşları "Günəş" restoranına gəliblər. Polis əməkdaşı qətlin şahidi olan bu gəncləri prokurorluğa ifadə verməyə çağırıb. Lakin onlar üzrlü səbəbləri olmadığı halda ifadə verməkdən boyun qaçırıblar və polisin qanuni tələbinə məhəl qoymayıblar.

Nəticədə həmin gün "Günəş" restoranında doğum günü qeyd edilən 24 yaşlı şəxs, həmçinin onunla birgə məclisə gələn 26, 23, 31, 21 və ikisi 28 yaşlı olan dostları saxlanılaraq, polis şöbəsinə aparılıblar. Onların hər biri barəsində müvafiq protokollar tərtib olunub.

Saxlanılan şəxslərin hər biri hadisə zamanı sərxoş olduqlarını deyiblər. Həmçinin dostlar əməllərindən peşman olduqlarını bildirərək, barələrində yüngül cəza verilməsini istəyiblər.

Məhkəmənin qərarı ilə ad günü olan şəxs özü 25, onun 23 yaşlı bir dostu 5 gün müddətinə, qalan 5 nəfərin hər biri isə 15 gün müddətinə inzibati qaydada həbs olunublar.

Qeyd edək ki, hadisə avqustun 6-da Gəncə şəhəri, Z.Hacıyev küçəsində yerləşən "Günəş" restoranında baş verib. Ad günü məclisinə yığışan dostlarla yan otaqdakı şəxslər arasında mübahisə baş verib. Mübahisə zamanı 43 yaşlı Asif Yusifov aldığı bıçaq xəsarətlərindən ölüb. Cinayəti törətməkdə şübhəli bilinən 20 yaşlı M.Məmmədzadə polis əməkdaşları tərəfindən saxlanılıb. lent.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar