Sizin Reklam Burada
Xəbər lenti
11-08-2026
10-08-2026
BÜTÜN XƏBƏRLƏR

Xalq artistinin oğlunun döyülməsinə görə daha 2 şəxs saxlanıldı

Tarix: 11-08-2026 14:16     Baxış: 323 A- / A+
Xalq artistinin oğlunun döyülməsinə görə daha 2 şəxs saxlanıldı

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın oğulları Artur Balıyevin Bakıda bir qrup şəxsin hücumuna məruz qalması faktı ilə bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri ilə cinayət işi başlanılıb, istintaq araşdırmaları aparılır.

Manevr.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda DİN-in Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, cinayət işinin icraatı DİN-in nəzarətindədir.

Vurğulanıb ki, hadisəni törətməkdə şübhəli bilinən üç nəfər — Turxan Zeynalov, Ramil Zeynalov və Asəf Rəhimov saxlanılaraq istintaqa təhvil verilib.

Hadisə yerində mövcud olan kamera görüntüləri və digər sübutlar istintaq predmetidir, xəsarətin dərəcəsinin müəyyən edilməsi üçün müvafiq ekspertizalar təyin olunub.

Qeyd edək ki, Ramil Zeynalov daha öncə saxlanılan Turxan Zeynalovun atasıdır.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar