Sizin Reklam Burada
Xəbər lenti
18-10-2026
17-10-2026
BÜTÜN XƏBƏRLƏR

İşlədiyi evdən 80 minlik 6 üzük oğurladı - Bu cəza verildi

Tarix: 10-08-2026 23:00     Baxış: 3106 A- / A+
Bakıda xadimə işlədiyi evdən dəyəri 80 500 manat olan 6 üzük oğurlayıb.

Ev sahibi Orxan İsmayılovun (soyadlar şərtidir) şikayətindən sonra həmin evdə çalışan 1993-cü il təvəllüdlü Gülər Abbasova saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (Külli miqdarda oğurluq) maddəsi ilə iş açılıb.

Məlum olub ki, gənc qadın oğurladığı üzüklərin bir neçəsini “Moskva” univermağında satıb. O, daha sonra brilyant qaşlı bütün qızılları geri alaraq qaytarıb.

İş üzrə keçirilən məhkəmə prosesində O.İsmayılov xadimədən şikayətçi olmadığını bildirib.

Məhkəmə qadının oğurladığı qızılları geri qaytarmasını, ilk dəfə cinayət törətməsini, himayəsində azyaşlı övladlarının olmasını nəzərə alaraq, onun barəsində həbslə bağlı olmayan hökm çıxarıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Gülər Abbasovaya 2 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilib və üzərinə elektron qolbaq yerləşdirilib. qafqazinfo

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar