Xəbər lenti
Moskvada restoranda törədilən partlayışda hədəf Rusiya Hava-Kosmik Qüvvələrinin Baş Komandanı olub
Moskvanın mərkəzində, Kudrinskaya meydanında yerləşən restoranda baş verən partlayışın bəzi təfərrüatları açıqlanıb, hədəf Rusiya Hava-Kosmik Qüvvələrinin Baş Komandanı olub.Manevr.az apa-ya istinadla xəbər verir ki, Milli Antiterror Komitəsi (NAK) avqustun 1-də özəl tədbirin keçirildiyi "Balzi Rossi" restoranında əldəqayırma partlayıcı qurğunun işə salındığını açıqlayıb.
Bildirilib ki, partlayıcı qurğunu daşıyan qadın, onun restorana daxil olmasının qarşısını almağa çalışan mühafizəçi və müştərilərdən biri həlak olub. Daha 21 nəfər yaralanıb.
REN TV ölənlərin sayının beşə çatdığını bildirib. Məlumata görə, daha iki nəfər xəstəxanada həyatını itirib.
"Kommersant" nəşri yazıb ki, partlayışın hədəfi restoranda keçirilən tədbirin iştirakçıları olub.
Yerli "Telegram" kanalları isə partlayışın hədəfinin restoranda ad gününü qeyd edən Rusiya Hava-Kosmik Qüvvələrinin Baş Komandanı Aleksandr Çayko olduğunu iddia edib.
Bildirilib ki, ad günü mərasiminə Rusiya ordusunun çoxsaylı yüksək rütbəli hərbçiləri qatılıblar.



Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































