Xəbər lenti
Oğlunun şəhid olduğu gün vəfat etdi
Biləsuvar rayonunun Nərimankənd kəndində şəhid anası Rəfiqə Əliyeva vəfat edib.Manevr.az xəbər verir ki, o, övladı, gizir Pərvin Əliyevin şəhidlik ildönümündə dünyasını dəyişib.
Qeyd edək ki, Pərvin Səlahəddin oğlu Əliyev 1981-ci il martın 15-də Nərimankənd kəndində anadan olub. Müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra Xüsusi Təyinatlı Qüvvələrdə gizir kimi xidmət edib.
Pərvin Əliyev 2014-cü il avqustun 1-dən 3-dək Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub və avqustun 2-də doğulduğu kənddə də*fn edilib.
O, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalla təltif olunub. Biləsuvar şəhərinin küçələrindən birinə şəhidin adı verilib.qafqazinfo
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































