Sizin Reklam Burada
Xəbər lenti
24-08-2026
23-08-2026
BÜTÜN XƏBƏRLƏR

Gözdən əlil ananın tək övladının meyiti tapıldı

Tarix: 19-07-2026 23:01     Baxış: 393 A- / A+
İyulun 12-də Samur-Abşeron kanalının Quba rayonunun Vəlvələ kəndindən keçən hissəsində batan2010-cu il təvəllüdlü Fərid Paşa oğlu Osmanovun meyiti tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışları uğurla başa çatdırıblar. Yeniyetmənin meyiti batdığı yerdən təxminən 15 km aralıda, kanalın Şabran rayonunun Gəndov kəndindən keçən hissəsində aşkarlanaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Xatırladaq ki, Fərid Osmanovun anası gözdən əlildir və o, övladını dünyaya gəldiyi gündən görmək imkanından məhrum olmuşdu. F.Osmanov ailənin tək övladı idi.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar